Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.05.2021

Zərdabda “Narkomaniyanın fiziki, mənəvi və sosial fəsadları” mövzusu müzakirə olunub

Mayın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Zərdab şəhər Peşə Liseyinin birgə təşkilatçılığı ilə “Narkomaniyanın fiziki, mənəvi və sosial fəsadları” adlı  tədbir keçirilib. Xüsusi karantin rejiminin qaydalarına əməl etməklə keçirilmiş tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, Zərdab şəhər Peşə Liseyinin direktor müavini Nur Qasımov, liseyin müəllim və tələbələri  iştirak ediblər.

Tədbirdə çıxışlar zamanı qeyd edilib ki, müasir dünyamızın ən mühüm problemlərindən olan narkomaniyadan bəşəriyyət hələ də əziyyət çəkməkdədir. Narkomaniya ilə mübarizədə, bütövlükdə cəmiyyətin, eləcə də hər bir fərdin qarşılıqlı fəaliyyətinə, barışmaz münasibətinə və əməli köməyinə ehtiyacı olduğu vurğulanıb.

Tədbirin sonunda dikussiya təşkil olunub, ətraflı fikir mübadiləsi aparılıb.