Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
10.04.2019

Zərdabda "Milli ailə dəyərlərimiz" mövzusunda tədbir keçirilib

Aprelin 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsi, Zərdab rayonu Uşaq və Ailələrə Dəstək Mərkəzi və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə “Milli ailə dəyərlərimiz” adlı tədbir keçirilib.

Zərdab rayonu Uşaq və Ailələrə Dəstək Mərkəzində keçirilən tədbirdə mərkəzin direktoru Ləman Səfərəliyeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, Zərdab şəhər Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova, aktiv fəaliyyəti ilə seçilən gənclər və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Çıxış edən natiqlər qeyd ediblər ki, cəmiyyətin və ailənin formalaşması və inkişafında ailə mühüm vasitədir. Fiziki və mənəvi baxımdan sağlam ailə sağlam cəmiyyətin, güclü dövlətin özülüdür. Bu gün dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da ailələr həlli təxirəsalınmaz problemlərlə rastlaşır. Ailədaxili münasibətlərdə milli-mənəvi dəyərlər və bu münasibətlərin gələcək nəslin formalaşmasında əhəmiyyəti istiqamətində ölkə ərazisində əhalinin müxtəlif qrupları üçün nəzərdə tutulmuş maarifləndirmə tədbirləri, ictimai dinləmələr keçirilir. Keçirilən tədbirlər əhali arasında milli-mənəvi dəyərlərin təbliği, gənc nəslin tərbiyəsi və ailədə zorakılığın qarşısının alınmasında mühüm rol oynayır.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.