Zərdabda “Məişət zorakılğının qarşısının alınması və onunla mübarizə” mövzusunda tədbir keçirilib
İyunun 8-də Zərdab rayon Mədəniyyət Mərkəzi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Məişət zorakılğının qarşısının alınması və onunla mübarizə” adlı tədbir keçirilib.
Xüsusi karantin rejimi qaydalarına əməl etməklə keçirilmiş tədbirdə Zərdab rayon Mədəniyyət Mərkəzinin direktoru Elyurə Məmmədova, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlar zamanı qeyd edilib ki, ölkəmizdə məişət zorakılğı hallarının mövcudluğu hüquqi müstəvidə bu hallarla mübarizəni gündəmə gətirir. Bildirilib ki, məişət zorakılığı və ya ailədə zorakılıq halları yalnız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Məişət zorakılğı probleminin həlli hərtərəfli yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini tələb edir. Həmçinin çıxışlar zamanı ailədaxili ünsiyyətin və münasibətin əhəmiyyəti, ailədaxili münasibətlərin tənzimlənməsi, zorakılğın növləri, zorakılıqdan qorunması yolları və s. barədə ətraflı fikir mübadiləsi və müzakirələr aparılıb.
