03.12.2016
Zərdabda maarifləndirmə tədbirləri davam etdirilir
Dekabrın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Zərdab rayonu Allahqulubağı kənd məscidi dini icması tərəfindən “Dini radikalizm və onun cəmiyyət üçün təhlükələri” layihəsi çərçivəsində “Dini ekstremizm və onun fəsadları” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, Allahqulubağı kənd məscidi dini icmasının sədri Zakir Məmmədov, Əlibəyli kənd məscidi dini icmasının sədri Faiq Hüseynov, dini icmanın üzvləri, Allahqulubağı və Əlibəyli kəndlərindən olan dindarlar iştirak ediblər.
Çıxışlar zamanı dini radikalizmlə mübarizənin əhəmiyyətindən, gənc nəsillərə multikultural və tolerantlıq dəyərlərinin aşılanmasından, milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşılması və İslamda Vətən sevgisindən geniş söhbət açılıb. Radikal qrupların tarix boyu müsəlmanlara zərbə vurduqları, İslam dünyasının geriləməsinə səbəb olduqları, İslamın həyatın hər sahəsində raddikallığa qarşı çıxdığı vurğulanıb.
Sonda tədbir iştirakçıları bu tədbirlərin dini maarifləndirmə sahəsindəki əhəmiyyətini yüksək qiymətləndirərək təşkilatçılara öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama uyğun olaraq keçirilib.
.jpg)
.jpg)
