Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
23.11.2017

Zərdabda “İslamın birlik və bərabərliyə verdiyi əhəmiyyət” mövzusunda maarifləndirici tədbir baş tutub

Noyabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Zərdab rayonu Xanməmmədli kənd məscidi dini icması tərəfindən “İslam həmrəyliyi - müsəlman dünyasının xilası” layihəsi çərçivəsində “İslamın birlik və bərabərliyə verdiyi əhəmiyyət” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə Zərdab Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Murad Həsənov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, şöbənin əməkdaşı Sədi Hüseynov, Zərdab rayonu Yarməmmədbağı kənd tam orta məktəbinin direktoru Kamal Soltanov, dini icma sədri Səmid Cavadov, dini icma üzvləri, kənd ictimaiyyətinin nümayəndələri, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Zərdab RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Murad Həsənov İslamın vəhdət və birlik dini olduğunu vurğulayıb və DQİDK-nın ölkə miqyasında apardığı maarifləndirmənin önəmindən danışıb.
Mövzu ilə bağlı çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev Prezident  cənab İlham Əliyev tərəfindən 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının zamanın çağırışlarına cavab verən mühüm bir addım olduğunu qeyd edib. Ə.Rəfiyev İslamın sülh dini olduğunu, ölkəmizdə müxtəlif millətlərin və dinlərin nümayəndələrinin dostluq mühitində yaşadıqlarını diqqətə çatdırıb.
Daha sonra “İslamın birlik və bərabərliyə verdiyi əhəmiyyət” mövzusunda Xanməmmədli kənd məscidi dini icmasının sədri Səmid Cavadov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, “Milli-mənəvi dəyərlərimizin qorunmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyi” mövzusunda tam orta məktəbin direktoru Kamal Soltanov və digər natiqlərin çıxışları dinlənilib. 
Mövzu ilə bağlı tədbirin yekununda diskussiya təşkil olunub və dinləyiciləri maraqlandıran suallar cavablandırılıb. İştirakçılara layihə çərçivəsində nəşr olunan dini ədəbiyyatlar paylanılıb.  
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən keçirilib.