Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.05.2017

Zərdabda “İslam dini və müasir Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib

Mayın 18-də Zərdab rayon Gənclər və İdman İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “İslam dini və müasir Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Zərdab rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Ələkbər Kərimov açaraq İslam dininin əsl mahiyyətinin aşılanması və gənclərin düzgün maarifləndirilməsi üçün həyata keçirilən bu kimi tədbirlərin əhəmiyyətindən danışıb.
Tədbirdə çıxış edən Zərdab rayon Gənclər və İdman idarəsinin rəisi İlkin Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov və Zərdab Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Murad Həsənov ölkəmizdə İslamın tarixi, milli - mənəvi dəyərlərimizdə yeri, bu dəyərlərin yad təsirlərdən qorunması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs ediblər.
Tədbir öz işini qarşılıqlı müzakirələr şəraitində yekunlaşdırıb.