10.12.2016
Zərdabda “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib
Dekabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Zərdab rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Gənclər Evində Ümummilli Lider Heydər Əliyevin anım günü münasibəti ilə “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, Zərdab rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçiləri Ələkbər Kərimov və Bahar Qurbanova, rayon məktəblərinin yuxarı sinif şagirdləri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə Zərdab rayon Gənclər və İdman idarəsinin aparıcı məsləhətçisi Ələkbər Kərimov açdıqdan sonra iştirakçılar əvvəlcə dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin nurlu və əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə mövzu ilə bağlı çıxış edən DQİDK-nin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov Heydər Əliyevin dövlət-din münasibətlərinin tənzimlənməsi, müxtəlif dinlərə məxsus dini abidələrimizin qorunması, onların təmiri və yenilərinin tikilməsi istiqamətində imzaladığı sərəncamlar, ali dini təhsilli kadrların hazırlanması, bu məqsədlə Bakı İslam Universitetinin yaradılması və digər xidmətləri haqqında ətraflı məlumat verib.
Çıxış edən digər natiqlər Dəkkəoba kənd tam orta məktəbinin tarix müəllimi Maisə Xəlilova və Zərdab rayon Gənclər və İdman idarəsinin aparıcı məsləhətçisi Bahar Qurbanova isə öz çıxışlarında görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətinin müasir tariximizin ən mühüm mərhələsini təşkil etdiyini qeyd ediblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin keçdiyi şərəfli ömür yollarından bəhs edən video-çarx nümayiş olunub.

.jpg)
.jpg)
.jpg)
.jpg)
