26.05.2016
Zərdabda “Əsl İslam və islamafobiya” mövzusunda maarifləndirmə tədbiri keçirilib
Mayın 25-də Zərdab şəhər Heydər Əliyev Mərkəzində DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsi, “Gənc İstedadların Maariflənmələrinə və İnkişafına dəstək” İctimai Birliyi və Zərdab Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Əsl İslam və İslamafobiya” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsi, Zərdab rayon İcra Hakimiyyəti, “Gənc İstedadların Maariflənmələrinə və İnkişafına dəstək” İctimai Birliyinin əməkdaşları, dini icma sədrləri, din xadimləri, təhsil işçiləri, ziyalılar, ağsaqqalllar, gənclər və orta məktəb şagirdləri iştirak ediblər.
Tədbirdə çıxış edən natiqlər “İslamafobiyanın nə demək olduğu” və “İslamı düzgün tanıyaq” mövzusunda geniş məruzələr söyləyərək iştirakçıları maarifləndiriblər.
Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə öz işini yekunlaşdırıb.



.jpg)