Zərdabda “Erkən nikah, gender siyasəti və qadın hüquqları” mövzusunda seminar keçirilib
Aprelin 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsi, Zərdab rayonu Uşaq və Ailələrə Dəstək Mərkəzi, Heydər Əliyev Mərkəzi və Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının birgə təşkilatçılığı ilə “Erkən nikah, gender siyasəti və qadın hüquqları” mövzusunda seminar keçirilib.
Xüsusi karantin rejiminin qaydalarına əməl etməklə keçirilmiş seminarda çıxışlar zamanı qeyd edilib ki, son illər ərzində ailə inistitutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində bir sıra mühüm qanunlar qəbul edilib və bu sahədə davamlı islahatlar aparılıb. Həmin qanunların qəbul edilməsi və islahatların aparılması yeni düşüncə tərzinin formalaşmasına, müəyyən stereotiplərin aradan qaldırılmasına təkan verib. Eləcə də çıxışlar zamanı ailə insitutunun möhkəmləndirilməsi, gender bərabərliyinin təmin edilməsi, bütün sahələrdə uşaqların və qadınların hüquqlarının müdafiəsi üçün geniş imkanların yarandığı vurğulanıb.
Həmçinin mövzu ilə bağlı olan problemlər barəsində də ətraflı fikir mübadiləsi və müzakirələr aparılıb.

