Zərdabda “Erkən nikah, dini radikalizm və zərərli vərdişlər” adlı tədbir keçirilib
İyunun 4-də Zərdab şəhər 1 saylı məktəb liseyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Erkən nikah, dini radikalizm və zərərli vərdişlər” adlı tədbir keçirilib.
Xüsusi karantin rejimi qaydalarına əməl etməklə keçirilmiş tədbirdə Zərdab şəhər 1 saylı məktəb liseyin direktoru Vüsalə Əliyeva və liseyin tərbiyə işləri üzrə direktor müavini Səliqə İsmayılova, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, Rayon İcra Hakimiyyəti, Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi, Polis Şöbəsinin nümayəndələri, eləcə də liseyin müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər.
İlk olaraq tədbirdə Vətən müharibəsi şəhidlərinin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlar zamanı erkən nikahların qarşısının alınması və bu sahədə görülən genişmiqyaslı tədbirlərdən danışılıb, bu problem ilə mübarizədə ictimai qınağın önəmi vurğulanıb. Erkən nikah hallarının qarşısının alınmasında ailə və təhsil müəssisələrinin üzərinə daha çox məsuliyyət düşdüyü qeyd edilib. Həmçinin çıxışlar zamanı bildirilib ki, zərərli vərdişlər və dini radikalizmlə mübarizədə gənclər arasında davamlı olaraq maarifləndirmə işləri aparılmalıdır.
Tədbirin sonunda dikussiya təşkil olunub, ətraflı fikir mübadiləsi aparılıb.
