Zərdabda DQİDK-nın təşkilatçılığı ilə videokonfrans keçirilib
Dekabrın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin təşkilatçılığı videokonfrans keçirilib.
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin, rayon Heydər Əliyev Mərkəzinin, Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, rayon Mədəniyyət Mərkəzinin, Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının, Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları, eləcə də dini icma sədrləri və din xadimləri iştirak ediblər. Əvvəlcə konfrans iştirakçıları Vətən müharibəsində ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizi bir dəqiqəlik sükutla yad ediblər.
Çıxışlar zamanı koronavirus pandemiyasına qarşı ölkəmizdə görülən profilaktik tədbirlər, bu istiqamətdə vətəndaşların üzərinə düşən vəzifələr müzakirə olunub. O da vurğulanıb ki, hər bir din xadimi xüsusi karantin rejiminin tələblərinə riayət etməlidir. Həmçinin çıxışlar zamanı qeyd edilib ki, Vətən müharibəsində xalqımız və dövlətimizin qazandığı tarixi qələbə, həqiqi vətənpərvərliyimizin yaratdığı milli birlik xalq və iqtidar birliyinin təkzibedilməz nümunəsidir.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.