Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
28.08.2017

Zərdabda dini radikalizmlə mübarizəyə həsr edilmiş seminar keçirilib

Avqustun 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsi və Zərdab rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə gənclər arasında müxtəlif qeyri-ənənəvi dini təriqətlərin, ekstremist və ayrı-seçkilik çağırışlarının qarşısının alınması məqsədilə seminar keçirilib.
Rayon Gənclər Mərkəzində keçirilən tədbirdə  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı Ələkbər Kərimov və aktiv fəaliyyətləri ilə seçilən gənclər  iştirak ediblər.
Seminarı giriş sözü ilə açan Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı Ələkbər Kərimov ölkəmizdə dini ekstremizmin və radikallıq meyillərinin qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edərək bu kimi halların gənclər arasında yayılmasının arzuolunmaz hal olduğunu qeyd edib.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov da dünya millətlərinin tarix boyu ekstremizmlə üz-üzə gəldiyini, ölkəmizdə ciddi dini radikalizm təhdidi olmasa da,  bu təhlükənin minimum həddə qalmasına nail olmağın vacibliyini diqqətə çatdırıb. 
Seminar qarşılıqlı müzakirələr şəraitində davam etdirilib.