20.10.2017
Zərdabda “Dini radikalizm, erkən nikah və zərərli vərdişlər” mövzusunda maarifləndirici tədbir keçirilib
Oktyabrın 27-də Zərdab Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizm, erkən nikah və zərərli vərdişlər” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Zərdab RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Murad Həsənov, Aparatın nümayəndəsi Aynur Məmmədova, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, rayon Gənclər və İdman idarəsinin əməkdaşı Ələkbər Kərimov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Zərdab RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin nümayəndəsi Murad Həsənov cəmiyyətdə radikalizm və zərərli vərdişlərin törətdiyi fəsadlardan danışıb.
DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov qeyd edib ki, ölkəmizin tərəqqisini qəbul edə bilməyən, milli dövlətçiliyimizə qarşı çıxan, milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşmayan, dinlər və məzhəblər arasında qarşıdurma yaratmaq istəyən, din pərdəsi altında gizlənən radikal qruplara qarşı mübarizənin qarşımızda duran ən mühüm vəzifələrdən biri olduğunu diiqqətə çatdırıb.
Zabit Muradov mövzuya tibbi cəhətdən yanaşaraq narkomaniya və digər zərərli vərdişlərin insanların həyat və sağlamlığına ciddi təhlükə yaratdığını vurğulayıb.
Gənclər və İdman idarəsinin əməkdaşı Ələkbər Kərimov zərərli vərdişlər və radikalizmlə mübarizədə gənclər arasında maarifləndirmə işinin aparılması və bu sahədə kitabxanalar, idman təşkilatları, eləcə də ictimaiyyətin rolundan bəhs edib.
Zərdab RİH başçısı Aparatının nümayəndəsi Aynur Məmmədova isə erkən nikahların qarşısının alınması və bu sahədə aparılan genişmiqyaslı tədbirlərdən söhbət açıb. Bu problem ilə mübarizədə ictimai qınağın önəmini diqqətə çatdıran natiq, həmçinin, erkən nikahların qarşısının alınmasında ailənin və təhsil müəssisələrinin üzərinə daha çox məsuliyyət düşdüyünu qeyd edib.
Diskussiya şəklində davam edən tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.