Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.05.2018

Zərdabda AXC-nin yaranmasının 100 illiyi ilə bağlı tədbir keçirilib

Mayın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Zərdab rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) birgə təşkilatçılığı ilə Zərdab rayonu Mərkəzi Kitabxanasında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı tədbir keçirilib.
Tədbirdə Zərdab rayon MKS-nin direktoru Nailə Əliyeva, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, müəllimlər, mədəniyyət işçiləri, gənclər və icitimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Zərdab rayonu MKS-nin direktoru N.Əliyeva açaraq qeyd edib ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti xalqımızın həmişə qürur və iftixar hissi ilə xatırladığı şərəfli bir tarixdir.
Daha sonra çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı S.Hüseynov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti haqqında danışıb. Natiq, eyni zamanda AXC-nin mövcud olduğu 23 aylıq fəaliyyəti dövründə dövlət-din münasibətləri haqqında məlumat verib.