Zərdabda Aprel döyüşlərinə həsr olunmuş tədbir keçirilib
Aprelin 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Zərdab rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) birgə təşkilatçılığı ilə “Aprel şəhidləri: Azərbaycan xalqının milli-mənəvi qürur mənbəyidir” mövzusunda tədbir keçirilib.
Tədbirdə Zərdab rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nailə Əliyeva, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları ilk olaraq Aprel döyüşləri zamanı şəhid olmuş, Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan Zərdab MKS-nin direktoru Nailə Əliyeva qeyd edib ki, Aprel döyüşləri xalqın orduya inamını bir daha təsdiqləyib. Döyüşçülərimizin şücaəti qarşısında düşmən məqsədinə nail ola bilməyib.
DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov çıxışında vurğulayıb ki, Aprel döyüşləri Azərbaycan xalqının həmrəyliyini bütün dünyaya nümayiş etdirib. Xalq gənclərimizin Vətən sevgisinin, müharibə əzminin və sağlam düşüncələrinin şahidi oldu.
Mövzu ilə bağlı çıxış edən digər natiqlər də Azərbaycan oğullarının Aprel döyüşlərində keçdiyi qəhrəmanlıq yolundan söhbət açıblar.
Sonda tədbirin mövzusu ilə bağlı diskussiya təşkil olunub.


