14.09.2016
Zərdab rayonunda “Sülh, dözümlülük, tolerantlıq və xeyirxahlıq naminə insanların əməkdaşlığı” adlı tədbir keçirilib
Sentyabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Zərdab Rayon İcra Hakimiyyəti və Zərdab Rayon Gənclər və İdman idarəsinin birgə təşəbbüsü ilə “Sülh aylığı” çərçivəsində “Sülh,dözümlülük, tolerantlıq və xeyirxahlıq naminə insanların əməkdaşlığı” adlı tədbir keçirilib.
Zərdab şəhər “Gənclər evi”ndə təşkil edilmiş tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, şöbənin əməkdaşları Sədi Hüseynov və Rauf Nəsirov, Zərdab Rayon Gənclər və İdman idarəsinin rəisi İlkin Əliyev, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev bildirib ki, sülh şəraitində yaşamalı olan insanlar, təəssüflər olsun ki, haqsızlığın, amansızlığın, terrorun və müharibələrin qurbanlarına çevrilirlər. Bu kimi halların qarşısının alınmasında sülhün rolu danılmazdır. Ən kiçik ailəvi, məhəlli, regional münaqişələrdən başlamış yüzillik müharibələrədək hər cür qarşıdurmanın yalnız sülhlə sona çatdığını vurğulayan şöbə müdiri buna görə də sülhün bütün vasitələrdən güclü oluğunu diqqətə çatdırıb.
Zərdab Rayon Gənclər və İdman idarəsinin rəisi İlkin Əliyev İslamın vəhdət və sülh dini olmasından bəhs edərək, bədxah qonşularımızın qərəzli və işğalçılıq siyasətini pisləyib, sülhün carçılarının isə gələcəyimiz olan gənclər olduğunu söyləyib
Bölgə üzrə şöbənin əməkdaşları Rauf Nəsirov və Sədi Hüseynov çıxışlarında sülhün cəmiyyətdə münasibətlərin sağlamlaşmasına, köklü zorakılığa qarşı mübarizənin gücləndirilməsinə nail olmaq üçün bir fürsət olduğunu bildirərək sülhsüz nə ictimai, nə də şəxsi təhlükəsizliyin mümkün olmadığını vurğulayıblar.
Tədbir suallarn cavablandırılması ilə davam edib.