08.05.2018
Zərdab Rayon İcra Hakimiyyətində dindarlarla görüş keçirilib
Mayın 8-də qarşıdan gələn Ramazan ayı ilə əlaqədar Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev dindarlarla görüş keçirib.
Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı yanında Dini İşlər üzrə Komissiyanın üzvləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi şöbəsinin müdiri Əzim Rəfiyev, rayonda fəaliyyət göstərən dini icma sədrləri, din xadimləri, ziyalılar, yerli icra və bələdiyyə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev tədbirin əhəmiyyətindən danışıb.
İH-in başçısı ölkəmizdə mövcud olan dövlət-din münasibətlərindən, bu istiqamətdə Ümummilli Lider Heydər Əliyevin göstərdiyi müstəsna xidmətlərdən bəhs edib. Vurğulayıb ki, hazırda ölkə Prezidenti cənab İlham Əliyev bu siyasəti uğurla davam etdirir.
Natiq, eyni zamanda qarşıdan gələn Ramazan ayı bağlı qarşıda duran vəzifələri tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra çıxış edən Dövlət Komitəsinin Ucar bölgəsi şöbəsinin müdiri Əzim Rəfiyev DQİDK-nın bu istiqamətdə həyata keçirəcəyi tədbirlərdən danışıb.
Sonda tədbir iştirakçılarının təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Sonda tədbir iştirakçılarının təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.