Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
08.11.2016

Zaqatalada “Uşaq hüquqları milli dəyərlərimizin tərkib hissəsidir” mövzusunda tədbir təşkil olunub

Noyabrın 8-də Zaqatala rayonu Göyəm kənd məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyəti (RİH), Zaqatala Rayon Təhsil Şöbəsinin (RTŞ) birgə təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaq hüquqları milli dəyərlərimizin tərkib hissəsidir” mövzusunda tədbir keçirilib.
Müəllim və yuxarı sinif şagirdlərinin iştirak etdiyi tədbiri giriş sözü açan ilə məktəbin direktor müavini Samirə Borayeva milli-mənəvi dəyərlərin məktəblilərin tərbiyəsindəki rolundan danışıb, məktəbdə bu sahədə görülən işlərdən bəhs edib.
Daha sonra çıxış edən DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov uşaq hüquqlarından, dinimizin uşaq hüquqlarına verdiyi önəmdən, bu hüquqların qorunmasının vacibliyindən danışıb.
Zaqatala RİH-in nümayəndəsi İlqar Vəliyev isə milli-mənəvi dəyərlərimiz və uşaq hüquqları mövzusunda çıxış edərək, məktəblilərin uşaq hüquqlarını dərindən öyrənməli olduqlarını vurğulayıb.
Rayon Prokurorluğunun əməkdaşı Qəhrəman Əsgərov uşaq hüquqları sahəsindəki mövcud vəziyyət barədə məlumat verib. Bu gün dünyanın bir çox ölkələrində uşaqların zorakılıq, terror, dini radikalizm və s. kimi mənfi elementlərin qurbanlarına çevrildiyini diqqətə çatdırıb.
Zaqatala Rayon Təhsil Şöbəsinin metodisti İntizar İsgəndərova şagirdlərin öz hüquqlarını bilmələri üçün təhsilə daha çox diqqət yetirməli olduqlarını, təhsilli gənclərin öz hüquqlarını daha yaxşı qoruya biləcəklərini vurğulayıb.