27.10.2015
Zaqatalada “Uşaq Hüquqları Aylığı” çərçivəsində növbəti tədbir keçirilib
Oktyabrın 26-da “Uşaq Hüquqları Aylığı” çərçivəsində DQİDK-nın Zaqatala Bölgəsi üzrə şöbəsi və Zaqatala Rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Zaqatala şəhər Humanitar Fənlər Gimnaziyasında “Milli-mənəvi dəyərlərimizdə uşaq hüquqları” adlı tədbir təşkil olunub.
Gimnaziyanın müəllim kollektivi və şagirdlərinin iştirak etdiyi tədbirdə DQİDK-nın Zaqatala Bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov və Zaqatala Rayon Təhsil şöbəsinin inspektoru Rəna Abdurəhmanova mövzu ətrafında çıxış ediblər. Tədbirdə dünyanın müxtəlif ölkələrində və Azərbaycanda uşaq hüquqları ilə bağlı qəbul olunan qərarlar, milli-mənəvi dəyərlərimizdə və onun əsas tərkib hissələrindən biri olan İslamda uşaq hüquqları ilə əlaqəli müddəalar barədə geniş izahat verilib. Sonda şagirdlərin mövzu ilə bağlı sualları cavablandırılıb.
