Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
02.11.2016

Zaqatalada “Tolerantlıq birgəyaşayışın təməlidir” mövzusunda tədbir keçirilib

Noyabrın 2-də Zaqatala rayon Əliabad qəsəbə məscidində DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin təşəbbüsü ilə “Tolerantlıq birgəyaşayışın təməlidir” adlı tədbir keçirilib.
Qəsəbə dindarlarının iştirak etdiyi tədbiri giriş sözü ilə Zaqatala rayon Əliabad qəsəbə məscidi dini icmasının sədri Darçın Məmmədov açaraq İslam dininin tolerantlığa verdiyi əhəmiyyətdən danışıb, eləcə də İslam peyğəmbərinin həyatında olan tolerantlıqla bağlı bəzi məqamlardan bəhs edib. DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin məsləhətçisi Sərxan Tahirzadə məruzəsində Azərbaycan cəmiyyətində mövcud olan tolerant mühitdən, dövlətin bu sahədə apardığı işlərdən bəhs edib. Bildirib ki, Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir. Azərbaycanda tarixən heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməyib, qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli mədəni və dini münasibətlər mövcud olub.