Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.12.2016

Zaqatalada “Müasir dünya və ənənəvi milli-dini dəyərlər” layihəsi çərçivəsində tədbir təşkil olunub

Dekabırın 17-də Zaqatala rayonu Yuxarı Tala kənd (2) məscidi dini icması tərəfindən “Müasir dünya və ənənəvi milli-dini dəyərlər” layihəsi çərçivəsində Zaqatala rayonu Yuxarı Tala kənd məscidində növbəti tədbir keçirilib. 
Kənd dindarlarının iştirak etdiyi tədbiri Zaqatala rayonu Yuxarı Tala kənd (2) məscidi dini icmasının sədri Səid Şabanov açaraq layihə çərçivəsində 5-ci tədbirin keçirildiyini bildirib, bu tədbirin Məhəmməd peyğəmbərin (s) mövludu günlərinə təsadüf etdiyini qeyd edərək milli və dini dəyərlər arasındakı münasibətə diqqət çəkib. 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin məsləhətçisi Sərxan Tahirzadə milli dəyərlərlə dini dəyərlərin bir-biri ilə əlaqəsindən, müasir dünyaya inteqrasiyada bu dəyərlərin rolundan danışıb. 
Zaqatala bölgəsinin qazısı Malik Bilalov müasir dünyada milli-dini dəyərləri qorumağın vacibliyindən, bəşəriyyətin bu dəyərlərə ehtiyacından bəhs edib.