Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
28.10.2016

Zaqatalada “Müasir cəmiyyətdə milli-mənəvi dəyərlərin yeri” mövzusu müzakirə edilib

Oktyabrın 27-də Zaqatala rayonu Yuxarı Tala kənd (2) məscidi dini icması tərəfindən həyata keçirilən Müasir dünya və ənənəvi milli-dini dəyərlərlayihəsi çərçivəsində “Müasir cəmiyyətdə milli-mənəvi dəyərlərin yeri” mövzusunda tədbir keçirilib.
Yuxarı Tala kənd ziyalıları, gəncləri və dindarlarının iştirakı ilə baş tutan tədbiri giriş sözü ilə Zaqatala rayonu Yuxarı Tala kənd (2) məscidi dini icmasının sədri Səid Şabanov açaraq layihənin məqsəd və mahiyyəti barədə məlumat verib, milli-dini dəyərlərin cəmiyyətdəki rolundan danışıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov müasir dünyada ənənəvi milli-dini dəyərlərin yerindən və rolundan, İslamın müasirliyə baxışından, müasir dünyanın bir hissəsi olan Azərbaycanda müasirlik-ənənəvilik münasibətlərindən bəhs edib.
Zaqatala bölgə qazısı Malik Bilalov da öz növbəsində bölgənin ənənəvi milli-dini dəyərlərindən, bu dəyərlərin bu gün də qorunmasının vacibliyindən danışıb.
Sonda çıxış edən Zaqatala Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı İlqar Vəliyev dövlət-din münasibətlərindən bəhs edərək milli-mənəvi dəyərlərdən dini radikalizmlə mübarizədə geniş istifadə olunmasının əhəmiyyətini vurğulayıb.