26.01.2017
Zaqatalada “Müasir cəmiyyət və dini radikalizm” adlı tədbir keçirilib
Yanvarın 25-də Zaqatala Müalicə-Diaqnostika Mərkəzində Zaqatala Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi tərəfindən “Müasir cəmiyyət və dini radikalizm” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Mərkəzin baş həkimi Nəriman Əfəndiyev bu cür tədbirlərin keçirilməsinin vacibliyindən danışıb və cəmiyyətin müxtəlif sahələrində çalışan insanların bu mövzuda maariflənmələrinin vacib olduğunu söyləyib.
Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı İlqar Vəliyev Azərbaycanda tarixən mövcud olan dini durumdan danışıb.
Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı İlqar Vəliyev Azərbaycanda tarixən mövcud olan dini durumdan danışıb.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov dinin mahiyyəti, dinlərin tarixi, müasir cəmiyyətlərdə dinin yeri və rolu, dini radikalizmin səbəbləri və onunla mübarizə yolları barədə məlumat verib, radikal və yad dini cərəyan və təriqətlərin əsl mahiyyəti barədə danışıb.
.jpg)
.jpg)

.jpg)