08.05.2018
Zaqatalada “Milli-mənəvi dəyərlərimizin qorunması uğurlu gələcəyimizin zəmanətidir” adlı tədbir keçirilib
Mayın 8-də Zaqatala Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə rayonun Üçüncü Tala kənd tam orta məktəbində “Milli-mənəvi dəyərlərimizin qorunması uğurlu gələcəyimizin zəmanətidir” adlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev, Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, Təhsil Şöbəsinin nümayəndəsi Səadət Sofiyeva, məktəbin drektoru Alimə Qurbanova, müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər.
Məktəbin direktoru A. Qurbanova qeyd edib ki, keçirilən tədbir gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində böyük əhəmiyyətə malikdir.
Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı R.Həsənov çıxışında müasir Azərbaycan gəncliyinin xalqımızın min illərlə formalaşmış milli-mənəvi dəyərlərindən qaynaqlanan Vətən sevgisindən bəhs edib, dini dəyərlərimizin qorunub saxlanılmasının vacibliyini vurğulayıb.
Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İ.Vəliyev radikal dini cərəyanların zərərlərindən, dini radikalizmin törətdiyi fəsadlardan və ona qarşı aparılan mübarizə tədbirləridən danışıb.
Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.