Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
24.04.2018

Zaqatalada “Milli-mənəvi dəyərlərimizin gənclərin tərbiyəsində rolu” mövzusunda tədbir keçirilib

Aprelin 24-də Zaqatala Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ( DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə rayonun Mazıx kənd tam orta məktəbində “Milli-mənəvi dəyərlərimizin gənclərin tərbiyəsində rolu” adlı tədbir keçirilib.
Tədbirdə Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev, Zaqatala rayon Təhsil şöbəsinin nümayəndəsi Günəş Əsgərova, RİH başçısının Mazıx kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nüşabə Məmmədova, Mazıx kənd tam orta məktəbinin direktoru Havva Məmiyeva,  müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Mazıx kənd   tam orta məktəbinin direktoru Havva Məmiyeva çıxışında milli-mənəvi dəyərlərin gənclərin tərbiyə edilməsində oynadığı mühüm roldan danışıb. Gənclərlə aparılan maarifləndirmə tədbirlərinin dini radilalizmlə qarşı mübarizədə əhəmiyyətini vurğulayıb.
Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov bildirib ki, dini radikalizmə qarşı aparılan mübarizədə ən effektiv tədbir Azərbaycan gənclərinin xalqımızın milli-mənəvi dəyərlərə bağlı olaraq vətənpərvərlik ruhunda tərbiyə edilməsidir.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev Azərbaycanda mövcud olan dövlət-din münasibətlərindən, dini etiqad azadlığından, bu sahədə qəbul edilmiş normativ hüquqi aktlardan, ölkəmizdəki zəngin multikultural və tolerantlıq dəyərlərindən bəhs edib. Eyni zamanda dini radikalizmin törətdiyi fəsadlardan, dini radikalizmə, dini fanatizmə, mövhumat və xurafata qarşı ideoloji və hüquqi müstəvidə aparılan mübarizə tədbirlərindən danışaraq gənclərin və ümumilikdə cəmiyyətimizin dini radikalizmə qarşı aparılan mübarizədə fəal olmalarının vacibliyini vurğulayıb.
Zaqatala rayon Təhsil şöbəsinin nümayəndəsi Günəş Əsgərova, RİH başçısının Mazıx kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nüşabə Məmmədova, Mazıx kənd tam orta məktəbin müəllimi Əli Dinayev çıxışlarında gənclərin Vətənə, dövlətə, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə olan sevgisinin daim yüksək tutulmasının və eləcə də uğurlu gələcəyin qurucuları olacaq gənclərin müasir və mütərəqqi fikirli vətəndaş olmalarının əhəmiyyətini qeyd ediblər.