06.06.2017
Zaqatalada “Milli-mənəvi dəyərlərimizdə İslam vəhdəti” mövzusunda maarifləndirici tədbir baş tutub
İyunun 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Zaqatala rayonu Muxax kənd məscidi dini icması “Keçmişdən günümüzə Azərbaycanda İslam həmrəyliyi ənənələri” layihəsi çərçivəsində “Milli-mənəvi dəyərlərimizdə İslam vəhdəti” mövzusunda maarifləndirici tədbir keçirib.
İftar süfrəsi arxasında baş tutan və Muxax kənd dindarlarının iştirak etdiyi tədbiri giriş sözü ilə açan dini icma sədri Abdurahman Rəcəbov layihə çərçivəsində keçirilən maarifləndirmə tədbirlərin əhəmiyyətindən danışıb.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov Ramazan ayının İslam vəhdətinin daha da gücləndirilməsi üçün böyük fürsət olduğunu vurğulayıb və Dövlət Komitəsinin yerlərdə bu cür layihələr həyata keçirməyə davam edəcəyini bildirib.
Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Malik Bilalov İslam dinindəki bütün ibadətlərin müsəlmanlar arasında həmrəyliyi gücləndirdiyini, Ramazan ayındakı ibadətlərin isə birlik və bərabərliyin təmin edilməsində böyük rolu olduğunu qeyd edib.
Bakı İslam Universitetnin Zaqatala şöbəsinin müəllimi ilahiyyat üzrə fəlsəfə doktoru Vüqar Səmədov, QMİ-nin Zaqatala rayonu üzrə səlahiyyətli nümayəndəsi Rasim Musayev də İslamın vəhdətə çağırışı barədə geniş məruzə ediblər.

.jpg)