Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
21.11.2017

Zaqatalada “Milli-mənəvi dəyərlərimiz: keçmiş, bu gün və gələcək” adlı tədbir təşkil olunub

Noyabrın 21-də Zaqatala rayonu Əliabad qəsəbə 4 saylı tam orta məktəbdə Zaqatala Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi və Zaqatala rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimiz: keçmiş, bu gün və gələcək” adlı tədbir təşkil olunub.
Yuxarı sinif şagirdləri və müəllimlərin iştirak etdiyi tədbiri giriş sözü ilə açan məktəbin direktoru Şahid Madayev məktəblilərin adət-ənənələrimizi və mədəniyyətimizi dərindən bilmələrinin vacibliyini qeyd edib.
Zaqatala RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı İlqar Vəliyev məktəblilərin tərbiyəsində millilik amilinə diqqət çəkib.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov şagirdlərin tariximiz və mədəniyyətimiz barədə geniş biliklərə malik olmalarının, eyni zamanda onların dünya görüşlərinin artırılmasının zəruri olduğunu  bildirib.
Tədbirdə, həmçinin Zaqatala rayon Təhsil şöbəsinin əməkdaşı Günəş Əsgərova və Zaqatala rayon Gənclər və İdman İdarəsinin rəis müavini Səfər Şabanov da mövzu ətrafında fikirlərini bölüşüblər.