Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
18.03.2016

Zaqatalada “Məktəblilər və milli-mədəni mirasımız” adlı tədbir keçirilib

Martın 18-də  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi və Zaqatala Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Zaqatala rayon Bəhmətli kənd orta məktəbində “Məktəblilər və milli-mədəni mirasımız” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Çəmənnaz Hüseynova məktəblilərin milli ruhda tərbiyəsinin əhəmiyyətindən danışıb.
Zaqatala Rayon İcra Hakimiyyətinin nümayəndəsi İlqar Vəliyev milli-mənəvi dəyərlərin öyrənilməsinin və qorunmasının vacibliyini vurğulayaraq məktəblilərin bu dəyərlərə  daha dərindən yiyələnmələrinin labüdlüyünü qeyd edib. O, eyni zamanda milli-mədəni mirasımıza sahib çıxmanın gələcəyimizin əsas qarantlarından biri olduğunu vurğulayıb.
Sonda çıxış edən DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov xalqımızın əsrlər boyu formalaşdıraraq günümüzə qədər qoruduğu milli-mədəni mirasın Azərbaycan kimliyindəki yeri, bu mirasın Azərbaycançılıq ideyasına töhfələri barədə məlumat verib, məktəblilərin milli ruhda tərbiyəsində bu dəyərlərə geniş yer ayrılmasının zəruriliyindən bəhs edib. O, həmçinin məktəbliləri bu mirasın əsas mənbələrindən biri olan ədəbiyyatımızı daha dərindən öyrənməyə səsləyib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.