Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
03.12.2019

Zaqatalada maarifləndirmə tədbiri keçirilib

Dekabrın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi və Zaqatala Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Zaqatala Rayon Peşə Məktəbində “Milli-mənəvi dəyərlər keçmişdən bu günə” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüqar Məmmədov, Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, Zaqatala Rayon Peşə Məktəbinin direktoru Elxan Şabanov və tələbələr iştirak edib.

Çıxışlar zamanı əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyi bildirilib. Ölkəmiz ərazisində ictimai, siyasi, dini və digər sahələrdə olan mövcud sabitliyin və əmin-amanlığın dövlət başçısı tərəfindən aparılan uzaqgörən siyasətin nəticəsi olduğu vurğulanıb.  Minillər boyunca tarixin süzgəcindən keçmiş milli-mənəvi dəyərlərimizi qoruyaraq gələcək nəsillərə çatdırmağın  hər bir Azərbaycan vətəndaşının üzərinə düşən vətəndaşlıq borcu olduğu diqqətə çatdırılıb.

Sonda tədbir iştirakçılarına maarifləndirici ədəbiyyat paylanılıb.