Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
10.06.2016

Zaqatalada “İslamda insan hüquqları” mövzusunda tədbir keçirilib

İyunun 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsi tərəfindən Bakı İslam Universitetinin Zaqatala şöbəsində “İnsan hüquqları aylığı” çərçivəsində “İslamda insan hüquqları” adlı tədbir keçirilib.
Şöbənin müəllim kollektivi və tələbələrinin iştirak etdiyi tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov insan hüquqları və İslamda insan hüquqlarına verilən dəyər barədə geniş məruzə ilə çıxış edib. O bildirib ki, Ulu Öndər Heydər Əliyevin adət-ənənələrimizə, tarixi irsimizə, milli - mənəvi dəyərlərimizə önəm verməsi, dinə inanclı şəxslərə fəaliyyətləri üçün şərait yaratması bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə dini ayinlərin həyata keçirilməsində heç bir problem olmadığını deyən Mehman İsmayılov respublikamızda dövlət-din münasibətlərinin düzgün təbliğ edilməsi və saf əqidəli dindarların hüquq və azadlıqlarının qorunması üçün lazımi tədbirlərin görülməsindən bəhs edib.
Daha sonra çıxış edən Bakı İslam Universiteti Zaqatala bölgəsi üzrə şöbəsinin müəllimi, din sosiologiyası üzrə mütəxəssis Asəf Qənbərov insan hüquqlarının tarixi və ümumbəşəri insan hüquqları konvensiyaları haqqında məlumat verib.