Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.05.2017

Zaqatalada “İslam və milli kimlik” adlı konfrans təşkil olunub

Mayın 25-də Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi və Kollecin birgə təşkilatçılığı ilə “İslam Həmrəyliyi İli” çərçivəsində “İslam və milli kimlik” adlı konfrans təşkil olunub.
Kollecin tələbə və müəllim heyətinin iştirak etdiyi tədbiri giriş sözü ilə Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecin əyani şöbəsinin müdiri Xalıq Yusifov açaraq Azərbaycanda cənab Prezident İlham Əliyevin Sərəncamı ilə “İslam Həmrəyliyi İli” elan olunmasının əhəmiyyətini vurğulayıb və İslam və milli kimlik mövzusunun aktuallığından bəhs edib.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov İslam və milli kimlik münasibətlərinə toxunub. O qeyd edib ki, milli kimlikdən qopan, öz mədəniyyətini tanımayan  öz ölkəsinin tarixi barədə ümumi bilgilərə sahib olmayan insanların dini baxışlarında bir müddət sonra mövhumatçılıq, radikalizm və fanatizm meyilləri özünü göstərməyə başlayır.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Sərxan Tahirzadə isə gənclərin ideologiyası ruhunda tərbiyəsinin əhəmiyyəti barədə danışıb, dini radikalizm və dini separatizmin milli kimliyimizə və Azərbaycançılıq ideologiyasına zidd olmasından söhbət açıb.