Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
29.09.2016

Zaqatalada “İslam: ənənə və müasirlik” mövzusunda tədbir keçirilib

Sentyabrın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi və Zaqatala Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında “İslam: ənənə və müasirlik” mövzusunda konfrans keçirilib.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov rayonun hüquq-mühafizə orqanlarının əməkdaşlarının, filialın müəllim və tələbə kollektivinin iştirak etdiyi tədbirdə ənənə və müasirlik, İslamın ənənəyə baxışı, müasir dünyada ənənəvi və dini dəyərlərin yeri, bu dəyərlərin keçmişdən günümüzə seyri kimi mövzulardan danışıb.
Daha sonra çıxış edən Zaqatala RİH-in nümayəndəsi İlqar Vəliyev Azərbaycanın tarixi dini ənənələri və bu ənənələrin qorunmasının vacibliyi, ölkəmizdə dini sahədə görülən işlər barədə məlumat verib.
Bakı İslam Universitetinin Zaqatala şöbəsinin müəllimi, din sosiologiyası üzrə doktorant Asəf Qənbərov isə dövlət-din münasibətlərindən, dinin ailə, cəmiyyət və adət-ənənə ilə əlaqələrindən bəhs edib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı müzakirələr aparılıb.