23.12.2016
Zaqatalada “İctimai əxlaq və dinimiz” mövzusunda tədbir keçirilib
Dekabrın 23-də Zaqatala rayonu Yuxarı Tala kənd (2) məscidi dini icması tərəfindən Yuxarı Tala kənd (2) məscidində “Müasir dünya və ənənəvi milli-dini dəyərlər” layihəsi çərçivəsində “İctimai əxlaq və dinimiz” mövzusunda növbəti tədbir keçirilib.
Yuxarı Tala kənd dindarlarının iştirak etdiyi tədbiri giriş sözü ilə açan Zaqatala rayonu Yuxarı Tala kənd (2) məscidi dini icmasının sədri Səid Şabanov çıxış edərək bildirib ki, İslam dininin əsasını əxlaq və ədəb təşkil edir. Əxlaq dinin təməlidir. Daha sonra o, İslam dininin müqəddəs kitabı Qurani-Kərimdən və Hz. Peyğəmbərin həyatından əxlaqla bağlı sitatlar gətirib.

Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin məsləhətçisi Sərxan Tahirzadə əxlaqi keyfiyyətlərdən, fərdi və ictmai əxlaqın önəmindən bəhs edib. Əxlaq və ədəb dini olan İslamın radikalizm, terrorizm və ekstremizm kimi qavramlarla yan-yana anılmasının son dərəcə yanlış olduğunu qeyd edib.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərilməsi ilə bağlı 2014-cü il 27 noyabr tarixli Sərəncamına əsasən keçirilib.