07.02.2017
Zaqatalada “Fərddən cəmiyyətə dini radikalizm” adlı tədbir keçirilib
Fevralın 7-də Zaqatala Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala rayon Təhsil şöbəsi və rayon hüquq-mühafizə orqanlarının birgə təşkilatçılığı ilə Zaqatala rayonu Yuxarı Tala kənd 4 saylı tam orta məktəbdə “Fərddən cəmiyyətə dini radikalizm” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Almaz Abdurahmanova açaraq tədbirin mahiyyəti barədə məlumat verib.
Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı İlqar Vəliyev dini radikalizmin fəsadlarından, onunla mübarizənin vacibliyindən və şagirdlərin bu cür mənfi təmayüllərdən uzaq qalmaları üçün təhsilin əhəmiyyətindən danışıb.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov dini radikalizmin mahiyyəti, səbəbləri və təsirləri barədə məlumat verib, Azərbaycan maarifçilərinin 19-cu əsrdən başlayaraq dini radikalizm, dini fanatizm və mövhumatçılıq əleyhinə apardığı mübarizədən danışıb. Bildirib ki, məktəblilər bu maarifçilərin fikirlərini daha dərindən mənimsəməlidirlər.
Sonda çıxış edən Zaqatala rayon Prokurorunun köməkçisi Toğrul Əsgərov dini radikalizmlə mübarizədə hüquqi müstəvidə görülən tədbirlərdən bəhs edib və bu cür maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayıb.

.jpg)