Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
08.11.2016

Zaqatalada “Ənənəvi dini dəyərlərimiz dini radikalizmə qarşıdır ” mövzusunda tədbir keçirilib

Noyabrın 8-də Zaqatala rayonu Yuxarı Tala kənd(2) məscidi dini icması tərəfindən Müasir dünya və ənənəvi milli-dini dəyərlərlayihəsi çərçivəsində “Ənənəvi dini dəyərlərimiz dini radikalizmə qarşıdır ” mövzusunda növbəti tədbir keçirilib.
Tədbirdə Yuxarı Tala kənd sakinləri - dindarlar, ziyalılar, gənclər və ağsaqqalar iştirak ediblər. Zaqatala rayonu Yuxarı Tala kənd(2) məscidi dini icmasının sədri Səid Şabanov tədbiri giriş sözü ilə açaraq  layihə çərçivəsində baş tutan bu tədbirin məqsəd və mahiyyəti barədə məlumat verib, dini radikalizmin fəsadlarından  danışıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov ənənəvi dini dəyərlərin tanıdılmasından, bu dəyərlərin keçdiyi tarixi mərhələlərdən bəhs edib, dini radikalizmlə mübarizədə irfan ənənəsinin rolundan danışıb.
Zaqatala bölgə qazısı Malik Bilalov isə tarixən bölgədə mövcud olan dini ənənədən söhbət açaraq, xarici dini təsirlərə məruz qalmamaq  üçün  dinin düzgün öyrənilməsinin vacibliyini vurğulayıb.
Tədbirdə çıxış edən Zaqatala Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı İlqar Vəliyev dövlət-din münasibətləri barədə məlumat verib, dünyada cərəyan edən proseslərdə dindən siyasi alət olaraq istifadə edilməsinin çox ağır nəticələrə səbəb olduğunu qeyd edib.