Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
09.12.2015

Zaqatalada “Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin və Zaqatala Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” adlı elmi-praktiki konfrans keçirilib.

Əsasən rayon gənclərinin iştirak etdiyi tədbirdə çıxış edən DQİDK Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov dini radikalizm, İslamın radikalizmə baxışı, ölkəmizin keçmiş dini ənənələrinin qorunması və eləcə də dövlətin ölkədəki bütün dini icmalara qayğısı barədə geniş məlumat verib.

Daha sonra çıxış edən Bakı İslam Universiteti Zaqatala şöbəsinin müəllimi ilahiyyət üzrə fəlsəfə doktoru Asəf Qənbərov dini radikalizmi ortaya çıxaran amillər və dini radikalizmlə mübarizə vasitələrindən bəhs edib. Zaqatala rayonu Ailə, Qadın və Uşaq Problemləri Mərkəzinin direktoru Cövhərət İbrahimova, Zaqatala rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin rəisi, polis mayoru Aqşin Gülməmmədov və Zaqatala RİH-in baş məsləhətçisi Rəfiqə Bağırovan dini radikalizmin törətdiyi fəsadlar barədə geniş çıxış ediblər.

Sonda isə gənclərin mövzu ilə bağlı çox saylı sualları cavablandırılıb.