Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
15.10.2019

Zaqatalada “Dini radikalizm və zərərli vərdişlərlə mübarizədə təhsilin rolu” mövzusu müzakirə olunub

Oktyabrın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyəti (RİH) və Zaqatala Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Yuxarı Çardaxlar kənd tam orta məktəbində “Dini radikalizm və zərərli vərdişlərlə mübarizədə təhsilin rolu” adlı mövzuda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin məsləhətçisi Vüqar Məmmədov, Zaqatala Rayon Təhsil Şöbəsinin metodisti İlkin Məmmədov,  Rayon Polis Şöbəsinin yetkin yaşa çatmayanlarla profilaktik işinin təşkili qrupunun inspektorları İlqar Xalıqov, Rövşən Allahverdiyev, Yuxarı Çardaxlar kənd Bələdiyyə sədri Əminət Həsənova, Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Çardaxlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Şabanov, Yuxarı Çardaxlar kənd tam orta məktəbin direktor müavini İsmayıl Şabanov, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Çıxışlarda vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin tərəfindən əsası qoyulmuş dövlət-din münasibətləri bu gün ölkə Prezidenti cənab İham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Qeyd edilib ki, respublikamızda ictimai-siyasi və dini durum sabitdir.

Natiqlər onu da bildiriblər ki, dini radikalizm, xurafat və cahalətlə mübarizə aparmaq üçün, həmçinin gənclərin radikal qüvvələrin təsir dairsəindən uzaq olması üçün savadlı və təhsilli olmaq böyük əhəmiyyət kəsb edir.

Sonda tədbir iştirakçılarına maarifləndirici ədəbiyyat paylanılıb.