Zaqatalada “Dini radikalizm və ekstremizm gələcək üçün təhlükədir” mövzusunda maarifləndirmə tədbiri keçirilib
Oktyabrın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyəti və Zaqatala Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Zaqatala şəhər 2№-li tam orta məktəbində “Dini radikalizm və ekstremizm gələcək üçün təhlükədir” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüqar Məmmədov, Zaqatala Rayon Təhsil Şöbəsinin əməkdaşı Rəcəb Əlizadə, orta məktəbin direktor müavini Bahar Vəliyeva, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxışlarda gənclərin maariflənməsində belə tədbirlərin keçirilməsinin əhəmiyyəti, dini radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və törətdiyi fəsadlar haqqında məlumat verilib. Dini radikalizm və ekstremizmə qarşı mübarizədə təhsilin rolu qeyd edilib.
Sonda tədbir iştirakçılarına maarifləndirici ədəbiyyat paylanılıb.


