16.12.2016
Zaqatalada dini qarşıdurmaları yaradan səbəblər və bununla mübarizə yolları müzakirə edilib
Dekabrın 15-də DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyəti və hüquq-mühafizə orqanlarının birgə təşkilatçılığı ilə Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecində “Dini qarşıdurmaları yaradan səbəblər və bununla mübarizə yolları” adlı tədbir keçirilib.
Tədbirdə çıxış edən Zaqatala RİH-in nümayəndəsi İlqar Vəliyev dövlət-din münasibətlərindən və dini qarşdurmaların fəsadlarından bəhs edib.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov dini qarşıdurmanı yaradan səbəblər barədə məlumat verib, eləcə də dini qarşıdurma və dini radikalizmlə mübarizə yollarından danışıb. Dinin mahiyyətinin düzgün qavranılmamasının, eyni zamanda ümumi dünyagörüşünün lazımi səviyyədə formalaşmamasının dini qarşıdurma və dini radikalizmə zəmin hazırladığını xüsusilə vurğulayıb.
Daha sonra çıxış edən Zaqatala rayon prokuroru Əli Abdullayev dini etiqad azadlığı barədə geniş izahlar verib, dini qarşıdurmalar və dini radikalizmlə hüquqi müstəvidə mübarizə metodlarından bəhs edib.
Sonda tələbələrin sualları cavablandırılıb.

.jpg)