Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
26.12.2017

Zaqatalada dini maarifləndirmə tədbiri təşkil olunub

Dekabrın 26-da Zaqatala Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi və Zaqatala Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Zaqatala rayonu Zəyəm kənd tam orta məktəbində dini maarifləndirmə tədbiri təşkil olunub.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Azər Şabanov açıb və keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb.
Zaqatala RİH başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı İlqar Vəliyev 2017-ci ilin ölkədə “İslam Həmrəyliyi İli” elan olunmasının məqsədləri, dövlətin bu istiqamətdə gördüyü işlər barədə danışıb, dünyada baş verən proseslər fonunda belə bir təşəbbüsün vacibliyinə diqqət çəkib. O, həmçinin milli-mənəvi dəyərlərimiz və adət-ənənələrimizi qorumağın və gələcək nəsillərə çatdırmağın önəmini tədbir iştirakçılarının nəzərinə çatdırıb.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Sərxan Tahirzadə milli-mənəvi dəyərlərimizin ümumbəşəri dəyərlər sistemində yerindən danışıb, bu dəyərlərimizi qorumaq üçün hər birimizin üzərinə böyük bir məsuliyyət düşdüyünü qeyd edib və Azərbaycan maarifçilərinin XIX əsrdə mövhumata və xurafata qarşı apardığı mübarizədən bəhs edib.
Daha sonra Zaqatala Rayon Təhsil şöbəsinin əməkdaşı Günəş Əsgərova mövzu ilə bağlı çıxış edib və tədbir iştirakçılarının sualları cavablandırılıb.