19.12.2017
Zaqatalada “Dəyərlər məktəblilərin gözü ilə” mövzusunda tədbir keçirilib
Dekabrın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyəti (RİH) və Zaqatala Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Zaqatala şəhər Şıxəli Qurbanov adına 3 saylı tam orta məktəbində “Dəyərlər məktəblilərin gözü ilə” mövzusunda tədbir keçirilib.
Tədbirdə Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı İlqar Vəliyev, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov, Zaqatala rayon prokurorunun müavini Mehrab Xəlilov, məktəbin müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Mahirə Muradova mövzunun aktuallığı barədə danışıb.
Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı İlqar Vəliyev məktəblilərin milli dəyərlərə bağlılığı, onların tərbiyəsində bu dəyərlərin yeri və rolu məsələsinə toxunub, təhsil, mədəniyyət və din münasibətlərindən bəhs edib.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov şagirdlərin dünyagörüşünün formalaşmasında milli və bəşəri dəyərlərin yeri və rolundan danışıb, müasir dünyanın bir parçası olan Azərbaycan gəncliyinin həm milli dəyərlərə sahib çıxmalarının, həm də bəşəri dəyərləri daha dərindən mənimsəmələrinin əhəmiyyətini vurğulayıb.
.jpg)
