11.04.2017
Zaqatala rayonunda “Vətənpərvər Azərbaycan gəncliyi” adlı maarifləndirici tədbir təşkil olunub
Aprelin 11-də Zaqatala Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi və Zaqatala rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Zaqatala rayonu Mamrux kənd tam orta məktəbində “İslam Həmrəyliyi İli” çərçivəsində “Vətənpərvər Azərbaycan gəncliyi” adlı tədbir təşkil olunub. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Vəsilə Hacıyeva tədbirin mahiyyəti barədə məlumat verib.
Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı İlqar Vəliyev məktəblilərin vətənpərvər ruhda tərbiyəsində təhsilin rolundan bəhs edib.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin məsləhətçisi Sərxan Tahirzadə vətən sevgisi və vətənpərvərlik barədə məruzə ilə çıxış edib. Natiq çıxışında radikal dini cərəyanların vətənpərvərlik ruhuna zidd prinsipləri və fəaliyyətlərindən danışıb.
Zaqatala rayon prokurorunun köməkçisi Toğrul Hüseynzadə 2016-cı ilin aprel ayında Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlıq və rəşadətdən və Azərbaycan gəncliyinin ortaya qoyduğu vətənpərvərlikdən söhbət açıb.
Zaqatala rayon Təhsil şöbəsinin əməkdaşı Səadət Sofiyeva da vətən, vətən sevgisi və bu sevginin təzahürləri barədə öz fikirlərini bildirib .
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.