Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
04.04.2017

Zaqatala rayonunda “Milli dəyərlərimiz, həmrəylik və vətənpərvərlik” adlı tədbir təşkil olunub

Aprelin 4-də Zaqatala Rayon İcra Hakimiyyəti,Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi və Zaqatala rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Zaqatala rayonu Danaçı kənd 2 saylı tam orta məktəbdə “İslam Həmrəyliyi İli” çərçivəsində “Milli dəyərlərimiz, həmrəylik və vətənpərvərlik” adlı tədbir təşkil olunub.
Tədbiri giriş sözü ilə açan Zaqatala RİH başçısının Danaçı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhəmməd Vaşiyev tədbirin mahiyyəti barədə məlumat verib.
Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı İlqar Vəliyev ölkədə “İslam Həmrəyliyi İli” elan olunmasının məqsədləri barədə məlumat verib.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov isə məktəblilərin milli və vətənpərvər ruhda tərbiyə olunmasında təhsilin rolundan danışıb.
Sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Zaqatala rayonu üzrə nümayəndəsi Kəmalə Əhmədova və Zaqatala rayon Təhsil şöbəsinin əməkdaşı Səadət Sofiyeva mövzu ilə bağlı məruzələr ediblər.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.