Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
30.07.2021

Zaqatala rayonunda “Aşura mərasimi: tarix, ənənə və hüquq müstəvisində” mövzusunda onlayn seminar-müşavirə keçirilib

İyulun 30-da Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin və QMİ-nin Zaqatala rayon Qazılığının birgə təşkilatçılığı ilə Zaqatala rayonunda “Aşura mərasimi: tarix, ənənə və hüquq müstəvisində” mövzusunda onlayn seminar-müşavirə keçirilib. Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, şöbənin məsləhətçisi Vüqar Məmmədov,  QMİ-nin Zaqatala rayon qazısı Malik Bilalov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Çıxışlar zamanı  Məhərrəm ayının, Məhərrəmlik  mərasimlərinin və dini ənənələrin qədim  tarixi kökləri haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Sovet dönəmində dinə və din xadimlərinə qarşı edilən təqidlər və  təzyiqlər nəticəsində Məhərrəmlik mərasimləri əvvəlki kütləviyini itirib. Lakin bütün bunlara baxmayaraq insanlar gizli şəkildə evlərdə yığılaraq Məhərrəmliyi qeyd ediblər. Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra isə Aşura mərasimlərinin açıq formada keçirilməsinə icazə verilir.

Seminar-müşavirədə, eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən böyük uğurla aparılan dövlət-din siyasəti, milli-mənəvi və dini dəyərlərin, tolerantlığın qorunub saxlanılması və daha da möhkəmləndirilməsi, inkişaf etdirilməsi, geniş maarifləndirmə və təbliğat işlərinin həyata keçirilməsi barədə danışılıb.