Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
26.02.2021

Yevlaxda Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib

Fevralın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş videokonfrans formatında tədbir keçirilib. Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Fərid Vaqifli, Yevlax şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova, həmçinin YAP Yevlax rayon təşkilatının, Yevlax şəhər Gənclər və İdman idarəsinin, şəhər Gənclər Evinin əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Fərid Vaqifli amansızlıqla törədilmiş Xocalı soyqırımının Azərbaycan xalqının suverenliyini, demokratik dövlətçiliyini məhv etmək məqsədilə törədildiyini qeyd edib. F.Vaqifli 44 gün davam edən Vətən müharibəsində qəhrəman hərbçilərimizin Xocalı qurbanlarının qisasını aldıqlarını bildirərək qeyd edib ki, xalqımız bu müsibətli faciəni unutmayacaq.

Daha sonra  mövzu ilə bağlı Yevlax şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova, Yevlax şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşı Sevda Əliyeva və YAP Yevlax rayon təşkilatının əməkdaşı Gülnarə Nəbiyeva çıxış ediblər.

Sonda konfrans iştirakçılarının fikirləri dinlənilib və tədbir qarşılıqlı müzakirələrlə  davam edib.