Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
01.12.2017

Yevlaxda “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Dekabrın 1-də Yevlax şəhər 3 saylı tam orta məktəbdə DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı  Fuad Şirinov, Yevlax şəhər 3 saylı tam orta məktəbin direktoru Sevda Səmədova, 4 saylı tam orta məktəbin direktor müavini Sərdar Məmmədov, eləcə də müəllim və şagirdlər  iştirak ediblər.
Yevlax şəhər 3 saylı tam orta məktəbin direktoru Sevda Səmədova gənclər və yeniyetmələrə vətənpərvərlik hissinin aşılanması istiqamətində atılan addımların əhəmiyyətini qeyd edib, Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filminin bu baxımdan önəmli olduğunu vurğulayıb.
Daha sonra çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Fuad Şirinov Komitənin sifarişi ilə çəkilmiş “Şəhadət” filmi barədə qısa məlumat verib, Vətən torpağını qorumağın hər kəsin müqəddəs borcu olduğunu  bildirib.
Sənədli filmin nümayişindən sonra Yevlax şəhər 4 saylı tam orta məktəbin direktor müavini Sərdar Məmmədov və tədbirdə iştrak edən şagirdlər film ilə bağlı təəssüratlarını bölüşüblər. Çıxış edən natiqlər bildiriblər ki, Vətənini sevən şəxsin işğal atında olan torpaqlarımızın azad edilməsi uğrunda mübarizənin davam etdiyi dövrdə ölkəmizdən kənarda qanunsuz silahlı birləşmələrə qoşulmağa haqqı yoxdur.
Tədbirin sonunda iştrakçıların sualları cavablandırılıb.