Yevlaxda “Şəhadət” sənədili filmi nümayiş etdirilib
Mayın 3-də DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Yevlax şəhəri Sahib Əliyev adına 1 saylı orta məktəbində “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, Yevlax şəhəri Sahib Əliyev adına 1 saylı orta məktəbin direktor müavini Afdandil Mikayılov, məktəbin müəllimləri və şagirdlər iştirak ediblər.
Tədbir başlamazdan öncə Azərbaycanın müstəqilliyi və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açıq elan edən Yevlax şəhəri Sahib Əliyev adına 1 saylı orta məktəbin direktor müavini Afdandil Mikayılov dini maarifləndirmə tədbirlərinin vacibliyini qeyd edib. O, radikalizm və ekstremizmlə mübarizədə maarifləndirmənin əhəmiyyətindən bəhs edib. Daha sonra çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi barədə ətraflı məlumat verib.
Sonda “Şəhadət” sənədli filmi nümayiş etdirilib.


