Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
02.04.2015

Yevlaxda radikalizmlə bağlı regional seminar keçirilib

Aprelin 1-də Yevlax şəhərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi növbəti seminar-treninq keçirilib. Tədbirdə Yevlax şəhəri, Ağdaş, Bərdə və Ucar rayon polis şöbələrinin rəhbərliyi və şəxsi heyəti iştirak ediblər.
Tədbirdə DİN-nin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı, Polis Akademiyasının dosenti Hikmət Eyvazov dini radikalizm və Azərbaycanda radikal dini cərəyanlar və onlara qarşı mübarizə yolları barədə məruzə ilə çıxış edib. Məruzəçi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə maaarifçilik məqsədilə keçirilən bu tədbirlərin davam etdirilməsinin zəruriliyini vurğulayıb.
Tədbirdə çıxış edən DQİDK sədrinin I müavini Səyyad Salahlı ölkəmizin tolerantlıq ənənələri, bu ənənıərin qorunub saxlanmasının vacibliyi, dövlətin din siyasəti ilə bağlı ətraflı məruzə edib. Səyyad Salahlı bildirib ki, radikal qeyri-ənənəvi dini cərəyanların ölkəmizdə yayılmasının qarşısının alınması üçün maarifləndirmə tədbirləri mütəmadi olaraq keçirilir.
Eyni zamanda tədbirdə DQİDK-nin Şirvan bölgəsi üzrə şöbə müdiri Nizami Məmmədov və QMİ-nin Yevlax rayonu üzrə səlahiyyətli nümayəndəsi Namiq Əliyev çıxış edərək, belə seminar-treninqlərin əhəmiyyətini vurğulayaraq dövlət orqanlarının birgə əməkdaşlığının müsbət nəticə verəcəyinə inandıqlarını bildiriblər.
Seminar-treninq sualların cavablandırılması ilə öz işini yekunlaşdırıb.