Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
13.05.2016

Yevlaxda “Narkomaniya və zərərli vərdişlər” mövzusunda maarifləndirici tədbir keçirilib

Mayın 13-də Yevlax şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Yevlax rayon Polis Şöbəsinin təşkilatçılığı ilə  “Narkomaniya və zərərli vərdişlər” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Yevlax şəhər İcra Hakimiyyətinin, rayonda fəaliyyət göstərən hüquq mühafizə orqanlarının,  DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları, rayonun təhsil, səhiyyə və mədəniyyət işçiləri, həmçinin dindarlar, gənclər iştirak ediblər.
Tədbirdə Yevlax RİH başçısının I müavini Qənimət Qaraşov, Yevlax RPŞ-ın rəisi Vaqif Müslümov, DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev,  Yevlax rayon Prokurorunun müavini Mülküm Mahmudov, YAP Yevlax rayon təşkilatının Aparat rəhbəri Əli Quliyev, Yevlax şəhər 9 saylı tam orta məktəbin müdiri Şükür Mehtiyev və əməkdar jurnalist Əminə Yusifqızı mövzu ilə bağlı çıxış edərək narkomaniyanın insan  sağlamlığı, ailə, cəmiyyət və  dövlət  üçün təhlükəsi,  narkomaniya  və  bu kimi zərərli vərdişlərdən uzaq gənc nəsil yetişdirməyin dövlətimizin prioritet  vəzifəsi olması, Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin 24 iyun 2013-cü il tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop  maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Proqramı”nın mahiyyəti və proqram çərçivəsində bu sahədə aidiyyəti qurumların gördükləri işlər barədə iştirakçılara ətraflı məlumat veriblər.  
Çıxış edənlər, həmçinin müasir cəmiyyətdə sağlam düşüncəli gənclərin formalaşması və əsrin bəlası hesab edilən narkomaniyanın gələcək genefondumuza vura biləcəyi zərərin qarşısını almaq üçün narkomaniya ilə mübarizə işlərinin  gündəlik aparılacağını və bu işlərdə milli-mənəvi və dini dəyərlərimizdən daha səmərəli istifadə ediləcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Tədbirin sonunda narkomaniyanın zərərləri ilə bağlı videoçarx nümayiş etdirilib.