26.05.2015
Yevlaxda məcburi köçkün qəsəbəsində tədbir keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq, Yevlax rayonunda məcburi köçkünlər üçün salınmış qəsəbədə “Milli-mənəvi dəyərlərimiz və müasirlik” mövzusunda tədbir keçirilib.
Tədbirdə qəsəbədə məskunlaşmış məcburi köçkünlər, qəsəbədəki məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov milli-mənəvi dəyərlərimizin qorunmasından, dini radikalizmlə mübarizədən və ona qarşı həyata keçirilən tədbirlərdən söz açıb. O qeyd edib ki, bu sahədə ardıcıl, genişmiqyaslı tədbirlər keçirilir. Dini radikalizimlə mübarizə çərçivəsində maarifləndirici tədbirlər dini qurumları, təhsil ocaqlarını, həbsxanaları, müxtəlif idarə və müəssisələri, habelə, məcburi köçkünlərin məskunlaşdığı qəsəbələri əhatə edir.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.